• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb

Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb

2018-ci ilin yanvar-avqust ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.
İstehsalat Birliyindən verilən məlumata görə, yeni abonentlərin 34 mini Bakı, Abşeron və Sumqayıt, 21,7 mini isə regionlar üzrədir.
Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.
Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 150 minə çatıb.

 

14 2018 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin