Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəzail Ağamalı: AXCP mitinqə icazə verilməsini istəmirdi

Fəzail Ağamalı: AXCP mitinqə icazə verilməsini istəmirdi

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a verdiyi müsahibədə bildirib ki, AXCP, xüsusilə də Əli Kərimli istəmirdi ki, şəhərin mərkəzində mitinqə icazə verisin. Onlar istəyirdilər ki, Azərbaycan hökuməti mitinqə icazə verməsin. Əli Kərimli və digər müxalifətçilər isə xaricdəki ağalarının və anti-azərbaycan qüvvələrin təhriki ilə bəyənat yaysınlar ki, Azərbaycanda demokratiya yoxdur. Lakin Azərbaycan dövləti bir daha sübut etdi ki, Azərbaycan demokratik dəyərlərə, qanunların aliliyinə hörmətlə yanaşan bir dövlətdir. Bundan əvvəl də mitinqə icazə verilmişdi, lakin Əli Kərimli yerin uzaq olduğunu bəhanə gətirmişdi.

Lakin Əli Kərimli yenə də iqtidarın ünvanına böhtan , hədyan atmaqda davam edir. “Görkəmli hüquqşünasdan soruşmaq lazımdır ki, hakimiyyətdə olduğunuz 13 ayda ( 15 may 1992-15 iyun 1993) niyə bu qədər xalqın nifrətini, qəzəbini qazandınız? Niyə xalq sizə nifrət edir? Sizin adınız gələndə deyirlər: “ Getsin o günlər, bir də qayıtmasın”.

Hər dəfə radikal fikirli  Əli Kərimli iqtidara qarşı çıxış edəndə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzu daha da artır. Bütün ölkələr Azərbaycanla hərtərəfli əlaqələri daha da genişləndirmək istəyirlər. Əli Kərimlinin böhtanları isə özünə qalır və çayxana qeybətlərini xatırladır. Bir sözlə, yalan ayaq tutar, amma yeriməz.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

5 Oktyabr 2019 16:33 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə