Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında məlumat

Oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Yağmursuz keçəcək.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  24-28° isti,

Bakıda gecə 17-19° isti, gündüz 25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin səhər və axşam  Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.  Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti təşkil edəcək.

5 Oktyabr 2019 16:20 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə