• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bilik Gününə sanballı uğurlarla

Bilik Gününə sanballı uğurlarla

Azərbaycanda 15 sentyabr Bilik Günu kimi qeyd olunur. İlk dərs günü 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün hər il Bilik Günü kimi qeyd edilir. 
Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirirlər. Bilik Günü məktəbə qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir tarixdir. Onlar əlifba ilə tanış olub, kitab oxuyub, şeirlər əzbərləyəcək, məktəb həyatına qədəm qoyacaqlar.
Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu addımlardan biri məktəb tikintisinin geniş vüsət almasıdır. Yeni dərsliklər, dərs vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər hazırlanmış, təhsilin keyfiyyətinə diqqət artırılmışdır. 
Bizim 244 nömrəli tam orta məktəb də bu bayrama böyük həvəslə hazırlaşmışdır. Ötən dərs ilini məktəbimiz uğurla başa vurub. Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi ənənəvi sentyabr konfransında təhsil naziri Ceyhun Bayramovun çıxışında təhsilin ötənilki nailiyyətlərindən, yeni dərs ilinə hazırlığın vəziyyətindən ətraflı bəhs olundu. Məktəbimizin məzunu, 666 balla Aərbaycan Dillər Universitetinin I kursuna qəbul olunmuş Rəşidə Həqiqətlinin konfransdakı çıxışı qürurverici idi. 
Bu il məktəbimizdən ali təhsil müəssisələrinə 118 abituriyent sənəd vermişdi. Onlardan 101 nəfəri müxtəlif ali məktəblərə, 10 nəfər isə xarici universitetlərə qəbul olunmuşdur. Məzunlarımızın 15 nəfəri 500-600 arası, 10 nəfər isə 600-dən yuxarı bal toplamışldır. Ülvi Həsənov isə 688 balla Prezident təqaüdünə layiq görülmüşdür. 
Qeyd edim ki, ötən il bir müəllimimiz – Bahar Kərimova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Rus bölməsinin X sinif şagirdi Nigar Həsənli Moskvada keçirilən III Blinqva Açıq Uşaq Yaradıcılığı müsabiqəsində “Vətən mənim içimdə yaşayır” mövzusunda müsabiqənin laureatı olmuşdur. 3 müəllimimiz elmi dərəcə almışdır. 
Bu il məktəbimizdə, hazırlıq qrupları ilə birlikdə 3 min uşaq təhsil alacaq. Onların 300-ü birinci sinifdə oxuyacaqdır. 
Yeni dərs ilinin daha uğurlu olacağına əminik. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyevanın təhsilimizə göstərdikləri qayğı və diqqət yeni dərs ilinin uğurlu nəticələrini qabaqcan proqnozlaşdırmağa imkan verir.
 

Yəhya Abbasov,
 Bakıdakı 244 nömrəli tam orta məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

 

14 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin