Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tvinninq layihəsi başa çatıb

Tvinninq layihəsi başa çatıb

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kęstutis Jankauskas, Litva Respublikasının sosial təminat və əmək naziri Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas, beynəlxalq qurumların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Tvinninq layihəsinin üzvləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.

Nazir Sahil Babayev bildirib ki, Litva, Avstriya Respublikasının və İşveç Krallığının ən yaxşı təcrübələri əsasında Avropa İttifaqı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Dövlət Məşğulluq Xidmətinin moderinləşdirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsindən əldə olunan nəticələr uğurlu əməkdaşlığın bariz nümunəsidir.  Layihənin icrasının daha 2 ay müddətinə uzadılması bu layihənin nazirlik üçün əhəmiyyətli və uğurlu olduğunu bir daha təsdiqləyir. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın ölkədə mövcud demoqrafik inkişaf perspektivlərinə və iqtisadi prioritetlərinə əsaslanaraq növbəti onillik üçün dövlət məşğulluq siyasətinin əsas prioritetlərini müəyyən etdiyini bildirib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitis, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas da ƏƏSMN ilə həyata keçirilən uğurlu əməkdaşlıqdan, “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində ƏƏSMN-ə dəstək“ Tvinninq layihəsinin əhəmiyyətindən, layihə çərçivəsində keçirilən tədbirlərdən və əldə olunan nəticələrdən danışıblar.

Litvalı nazirin müavini, üzv dövlət tərəfindən layihə rəhbəri Xanım Eqle Radişauskin və DMX-nin rəisi Fuad Musayev təqdimatlar ediblər. 

Bağlanışda tvinninq layihəsi çərçivəsində təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilən “təlimçilər üçün təlim” proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Oktyabr 2019 11:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə