Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ Azərbaycandır və nida işarəsi” Gənclərin Beynəlxalq Kampaniyasına start verildi

“Qarabağ Azərbaycandır və nida işarəsi” Gənclərin Beynəlxalq Kampaniyasına start verildi

Son vaxtlar Ermənistanın baş naziri başda olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını “status-kvonu saxlamağa” yönəlmiş “qeyri-konstruktiv” addım kimi qiymətləndirib.    
 Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağrış ilə Ermənsitan beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmaılərini ayaq altına atır, beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir.
Ermənistan baş naziri 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənsitanındır və nöqtə” açıqlaması, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın işğalçılq siyasətinin növbəti açıq ifşasıdır.
 “Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir.
Cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir.  
Kampaniyanın məqəsdi Ermənsitan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktların beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.
Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qədbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və#KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaqdır.

 

“Xalq qəzeti”

4 Oktyabr 2019 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə