Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

5 oktyabrda gözlənilən hava şəraiti

5 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

 Azərbaycanın rayonlarında

Oktybarın 5-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 5-6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

4 Oktyabr 2019 17:20 - EKOLOGİYA
EKOLOGİYA
9 Oktyabr 2019 | 17:12
Güclü külək əsib

Köhnə versiyamızdan xəbərləri izlə