Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dad yarımçıq əlindən!

Dad yarımçıq əlindən!

Azərbaycan hökuməti həmişə olduğu kimi yenə də hümanist addım ataraq  AXCP və milli şuranın Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında oktyabrın 8-də aksiya keçirməsinə icazə verib.

AXCP sədri “görkəmli hüquqşünas” radikal fikirləri ilə seçilən Əli Kərimli “OSMANQIZI TV”, “Azadlıq qəzeti” və xaricdə fəaliyyət göstərən, Azərbaycanın əleyhinə böhtan ,yalan, iftira yağdıran  müxalifətin digər internet- telekanallarına verdiyi müsahibədə bildirib ki, 8 oktyabrda keçiriləcək aksiyaya razılıq verilib. O,qeyd edib ki,Azərbaycan Respublikası Konstitusiyasının  “sərbəst toplaşma haqqında” qanuna hökumət məcbur olub razılıq verdi.

Əli Kərimlidən soruşmaq lazımdır ki, “AXC-Müsavat” hakimiyyəti  niyə sərbəst toplaşmağa icazə vermirdi? Niyə insan hüquqları pozulurdu? Düz söz yazan jurnalistlər təhqir olunur,döyülürdü. Yeni Aərbaycan Partiyası icazəli mitinq keçirərkən niyə onların hüquqları pozulurdu? “AXC-Müsavat” “bəyləri” isə bildirirdilər ki, onlar əcəb eləyirlər. Beləliklə, öz gözündə tiri görməyən AXCP rəhbəri iqtidarın gözündə tük axtarır.

Əli Kərimliyə demək lazımdır ki, hökumət məcbur olub yox, qanunların aliliyini yüksək tutaraq aksiyaya icazə verib. İkincisi, Azərbaycan dövləti həmişə qanunlara hörmət edir. Üçüncüsü, əgər belə olmasaydı dünyanın ən nüfuzlu dövlətləri Azərbaycanla dostluq və əməkdaşlığı daha da genişləndirməz və inkişaf etdirməzdilər.

Həmin telekanallara müsahibə verən “görkəmli hüquqşünas” radikal  fikirlərini də gizlətmədi. Bildirdi ki, aksiya zamanı həbs olunanlar da ola bilər. Əgər aksiya qanun şəklində keçirilərsə, nümayişçilər niyə həbs olunmalıdırlar. Bir sözlə , qanunun aliliyindən, insan hüquqlarından danışan Əli Kərimli öz müsahibəsində də özünü ifşa edir. Yəni qanuna əməl olunmayacaq. Tutulanlar olacaq və sair.

AXCP və milli şuraya bir “faciə” də üz verib. Aksiya zamanı milli şuranın sədri  “dünya şöhrətli” tarixçi aksiyada iştirak etməyəcək. O ,xaricdə səfərdə olacaq.

Buradan görünür ki, nə AXCP, nə milli şura, nə də ki, digər müxalifət partiyaları legitim deyirlər. Onların bütün işləri də özləri kimi yarımçıqdır. Dad yarımçıq əlindən!

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

4 Oktyabr 2019 12:23 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə