Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin yeni mövsümdə konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları”  layihəsinin yeni mövsümdə konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi  genişmiqyaslı "Muğam axşamları" layihəsi ilə  ikinci dəfə muğamsevərlərin görüşünə gəlib.İlk konsert  "Rast" muğamına həsr  olunub.

Həmin gün muğamsevərlər qarşısında  Əməkdar artistlər  Arzu Əliyeva və Elnur Zeynalov və beynəlxalq müsabiqələr laureatı Hüseyn Məlikov çıxış edib.  Sözün əsl mənasında möcüzəli "Rast"ın möcüzəli təqdimatı dinləyicilərin könlünə hakim kəsilib.  “Rast”ın şöbələri və ritmik ahəngi 3 istedadlı xanəndə tərəfindən  zərgər dəqiqliyi ilə özünəməxsus  tərzdə  təqdim edilməklə,  xoş ovqat bəxş edən ahənglə səslənib.  Konsert proqramı tamaşaşılar tərfindən böyük sevgi ilə qarşılanıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib. 

İlin sonunadək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 Oktyabr 2019 12:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə