Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa çempionatında uğurlu start

Avropa çempionatında uğurlu start

Sofiyada keçirilən gənclər arasında Avropa çempionatının medalları uğrunda 42 ölkədən 405 cüdoçu mübarizə aparır. Onlardan 14 nəfəri Azərbaycan təmsilçisidir.
Bolqarıstan paytaxtında yarışın birinci günü mübarizəyə qoşulan dörd idmançımız fəxri kürsüyə yüksəlmişdir. Ən böyük müvəffəqiyyətə 60 kq çəki dərəcəsində çıxış edən Tofiq Məmmədov nail olmuşdur. O, Moldova, Gürcüstan, Fransa və Rusiyadan olan rəqiblərinə inamla qalib gələrək qızıl medal qazanmışdır. 
Avropa çempionumuzun komanda yoldaşı Rövşən Əliyev (55 kq) yalnız finalda uduzub gümüş mükafatçı olmuşdur. Bu çəki dərəcəsində daha bir cüdoçumuz Balabəy Ağayev də fərqlənmişdir. O, eləcə də, qadınların yarışında Şəfəq Həmidova (44 kq) bürünc medal qazanmışlar.
 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

14 2018 21:46 - İDMAN
İDMAN
25 Aprel 2019 | 22:27
Yeni müqavilə təklifi
25 Aprel 2019 | 10:53
Ən erkən qol
23 Aprel 2019 | 23:10
“Yuventus”un uğur estafeti
23 Aprel 2019 | 13:01
Ronaldodan yeni rekord
20 Aprel 2019 | 21:44
Son qərarı Dibala verəcək
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?

Ən son xəbərləri səhifəmizdən də izləyin