• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pxenyan Seulu Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırır

Pxenyan Seulu Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırır

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanı hər iki dövlət başçısının 2018-ci ilin aprelində qəbul etdiyi Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırıb.
Mənbə qeyd edir ki, Pxenyan və Seul qarşılıqlı münasibətlərin normallaşması üçün kənar təzyiqlərə məhəl qoymamalı, tezliklə Panmuncom deklarasiyasının müddəalarını icra etməlidir. 
“Nodon sinmun” qəzeti yazır ki, tərəflər “tarix qarşısında öz məsuliyyətini dərk etməli, həmçinin Şimal və Cənub münasibətlərində irəliləyişə nail olmaqla Koreya xalqının arzularını yerinə yetirməlidir”.
Xatırladaq ki, aprelin 27-də Panmuncomda Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutub. Həmin vaxt tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq barədə deklarasiya imzalayıblar. 
Qeyd edək ki, bu yaxınlarda Cənubi Koreya prezidenti Mun Ce-in zaman keçdikcə, yarımadanı ayıran demilitarizasiya zonasının sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 2018 21:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin