Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Mun Ce-inə

Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Mun Ce-inə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2019-cu il 

 

2 Oktyabr 2019 22:59 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə