• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirirlər. 
2018-ci ilin son üç ayı ərzində respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təqsirkarlara qarşı protokollar tərtib edilərək, ümumilikdə, 40 min 441 manat məbləğində cərimə tətbiq olunub.
 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

14 2018 21:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin