Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakımızın heyrətamiz gözəlliyi görənləri heyran edir

Azərbaycan paytaxtında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə iki yeni parkın açılışı olub. Bu hadisə paytaxt sakinlərinin dərin razılığına səbəb olub. Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bu barədə fikir və mülahizələrini bizimlə bölüşərkən dedi: 

– Mən televiziyadan dövlət başçısının və birinci xanımın iştirakı ilə keçən açılış mərasimlərini izlədim. Görünən budur ki, ölkə paytaxtı gözlərimizin önündə günbəgün gözəlləşir. Azərbaycan paytaxı həqiqətən bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qeyri-adi gözəlliyi, şəhər sakinlərinin qonaqpərvərliyi paytaxtımızı dünyanın ən böyük turizm mərkəzlərindən birinə çevirib. Bu gün Bakımızın heyrətamiz gözəlliyi şəhər sakinlərinə və turistlərə sonsuz sevinc bəxş edir. 
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Prezident İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlığı zamanı sakinlərlə görüşündə vurğuladı ki, ölkəmizdə, o cümlədən Bakıda həyata keçirilən quruculuq-abadlıq işləri vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır. 
Bu, həqiqətdir. Bu barədə həm tələbələrimlə, həm də qonum-qonşu ilə tez-tez söhbətlərim olur. Demək olar ki, hamı möhtərəm Prezidentin rəhbərliyi ilə görülən çoxtərəfli və genişmiqyaslı işlərdən məmnundur və bunu böyük qədirbilənlik hissi ilə dəyərləndirir. 
Məni riqqətə gətirən həm də Prezident İlham Əliyevin sakinlərlə söhbəti zamanı səsləndirdiyi səmimi sözlər oldu. Dövlətimizn başçısı fəxrlə dedi ki, ona güc verən vətəndaşların dəstəyidir. O, məhz xalqın dəstəyinə arxalanır, xalqa güvənir. 
Möhtərəm Prezidentim, tamamilə əmin ola bilərsiniz ki, Azərbaycan xalqı da Sizə --öz müdrik liderinə güvənir və Sizinlə fəxr edir. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə