Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının ictimaiyyətlə hər görüşü yaddaqalan olur

Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi prinsiplərinə sədaqət və ehtiram nümayiş etdirən Prezident İlham Əliyev həm respublika, həm də  paytaxt miqyasında keçirilən tədbirlərin hamısında ictimaiyyət nümayəndələri ilə görüşür. Dövlət başçımızın özü də dəfələrlə etiraf edib ki, bu qəbildən olan görüşlər həmişə ümumi işin xeyrinə olur. 

Oktyabrın 1-də  o görüşlərdən daha birinə şahidlik etdik. Həmin gün  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Görüş zamanı dövlət başçımıza və Birinci vitse-prezidentə paytaxtda aparılan abadlıq-quruculuq işləri, xüsusən həmin gün sakinlərin istifadəsinə verilən parkın ərsəyə gəlməsi üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verildi. Ancaq məni maraqlandıran əsas məsələ cənab Prezidentin sakinlərlə etdiyi söhbət idi.
Təbii ki, sakinlərin görülmüş işlərə görə dövlət başçısına minnətdarlıq etməsi qədirbilənlik nümunəsidir. Ancaq Bakı haqqında, Azərbaycan həqiqətləri barədə bilavasitə dövlət başçımızın dilindən eşitmək daha maraqlı idi. Hətta həmin görüşə qədər mən bilmirdim ki, Bak;  parkların sayına görə  dünya miqyasında ən qabaqcıl yerlərdən birini tutur.
Dövlət başçımız dedi: “Mən ilin əvvəlində burada idim, yeni İnnovasiya Mərkəzinin açılışında. Oradan çıxanda gördüm ki, bu parkın vəziyyəti çox acınacaqlıdır, dözülməzdir. Göstəriş verdim ki, burada abadlıq işləri aparılsın və 6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı. İndi burada yaşlı nəslin, uşaqların, yeniyetmələrin və gənclərin istirahəti üçün bütün imkanlar var. Ümumiyyətlə, Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilibdir. Deyə bilərəm ki, parkların sayına görə biz dünya miqyasında ən qabaqcıl yerlərdəyik”.
Prezident xatırlatdı ki, indi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: “Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvar. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər”. 
Cənab Prezident paytaxtımızın yaraşığı olan həmin ünvanları sadaladıqca, mən – köhnə bakılı, yaradıcı zümrənin nümayəndəsi kimi, sadəcə fəxr edirdim. Mən həqiqətən fəxr edirəm ki, doğulub böyüdüyüm şəhər dünyanın ən yaşıl paytaxtlarından birinə çevrilir. 

 

Ağaverdi PAŞAYEV, 
Xalq artisti, professor

 

2 Oktyabr 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə