Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları Sumqayıtda

“Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə ölkəmizdə keçirilən və 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli, həmçinin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən festivalın iştirakçıları olan ünlü yazarlar Sumqayıta səfər ediblər.
Məqsədi Avrasiya ölkələrində yazıçıların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaq olan festival iştirakçılarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşü olub. Müxtəlif ölkələrdən festivala gəlmiş şair, yazıçı, dramaturq, filosof və mədəniyyət xadimlərini salamlayan şəhər rəhbəri  ölkəmizdə ədəbiyyata dövlət qayğısından, 70 illik yubileyinə hazırlaşan Sumqayıtın tarixi və bugünündən, sosial-iqtisadi inkişafından,  dünyanın 22 şəhəri ilə qardaşlıq əlaqələrindən danışıb,onları yubilyar gənclər şəhərini gəzməyə dəvət edib.
“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerlərindən biri olan dünya şöhrətli yazıçı Oljas Süleymenev səmimi görüşə görə minnətdarlıq edib. Digər natiuqlər ədəbi əlaqələrin zəruriliyini önə çəkib, belə festivalların xalqların mədəniyyətlərinin zənginləşməsinə kömək etdiyini, peşəkar ünsiyyət imkanlarını genişləndirdiyini, mütaliəni və ədəbi yaradıcılığı təbliğ etdiyini vurğulayıblar. Festival iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. 
Görüşdən sonra Sumqayıt şəhərini gəzən qonaqlar sülh rəmzi olan “Göyərçin” abidəsinə, Şəhidlər xiyabanına baxıb, park-bulvar kompleksini seyr edib, Heydər Əliyev Mərkəzində, “Lüdviqshafen” parkında olublar. Sumqayıt “Poeziya evi”ndə isə festival iştirakçıları olan ünlü söz adamlarının yerli yaradıcı ziyalılarla görüşü olub. Qarşılıqlı, səmərəli ədəbi əlaqələr, bədii tərcümə kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri 

2 Oktyabr 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə