Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rafael Hüseynov: Avropa Şurası ailəsində terrorizmin yanında olan dövlətin varlığını unutmayın

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında ən böyük maraq doğuran məruzələrdən biri “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda hazırlanmış hesabat oldu. Gərgin keçən həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov terror faciələrini hər kəsin lənətlədiyini, amma bu dərdin bütün dəhşətini ilk növbədə onu taleyində yaşayanların olduğunu dedi: “Terrorun necə dəhşət olduğunu təbii ki, hər kəs bilir. Bu gün dünyanın və bəşəriyyətin üzbəüz qaldığı ən böyük bəlalardan olan terror və terrorçunu, əlbəttə, hər kəs lənətləyir. Lakin aydın məsələdir ki, terror faciəsini bilavasitə yaşamış insanlar və ondan əziyyət çəkməkdə davam edənlər bu mərəzin kədərini ikiqat artıq anlayırlar”. 
Azərbaycanın Ermənistan və ona bağlı terror təşkilatları tərəfindən terrora məruz qaldığından bəhs edən deputat həmin müdhiş şəbəkə haqda Parlament Assambleyası üzvlərini ətraflı məlumatlandırıb: “Terror hədəfinə çevrilmiş bir insanı da, bir neçə nəfəri də mütləq müdafiə etmək, dəstəkləmək, onlara qayğı göstərmək lazımdır. Lakin terrora məruz qalan bütöv bir xalq, bütöv bir ölkədirsə, onu qorumaq və dəstəkləmək üçün səylər daha mütəşəkkil, daha sistemli, daha miqyaslı olmalıdır. Azərbaycan sadəcə ayrı-ayrı fərdlərin, yaxud qruplaşmaların deyil, bütöv dövlətin törətdiyi genişmiqyaslı və onillərlə davam edən müdhiş terrorun hədəfi və qurbanı kimi bu ağrılı mövzunu qəlbinə çox yaxın tutur. Dünyada məşhur olan erməni terror şəbəkəsinin “ASALA”, “Haydut”, “Hnçaq”  kimi köhnə qaniçən birləşmələrinin sırasına 1980-90-cı illərdə Fransada, İsveçrədə, Rusiyada və digər ölkələrdə yaradılaraq saysız qanlı cinayətlər törətmiş “9 iyun qrupu”, “İntiharçılar eskadronu”,  “Erməni birliyi”, “Erməni azadlıq hərəkatı”, “İsveçrə qrupu”, “Geqaron”, “Apostol” və digərləri əlavə edilib”. 
Ermənistanı terrorçu dövlət adlandıran Rafael Hüseynov bunu konkret və danılmaz faktlarla açıb göstərib: “Avropa Şurasının üzvü olan Ermənistanın terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirdiyinin sübutları göz önündədir. Qərbi Avropada “ASALA inqilabi hərəkatı” adlı terror qruplaşmasının rəhbəri, bütün başqa qəddar cinayətlərindən savayı 1983-cü ildə Orli hava limanında törətdiyi, müxtəlif ölkələrin vətəndaşı olan 8 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən terror aktına görə Fransa hökuməti tərəfindən məhkum edilmiş Monte Melkonyan rəsmən Ermənistanın Milli Qəhrəmanı elan edilmiş, Yerevanda abidəsi və adına küçə vardır. Yaxud Fransada, Macarıstanda, Azərbaycanda onlarca insanın ölümü ilə nəticələnmiş silsilə terror aktları törətmiş Vazgen Sislyan da Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfindən qəhrəman elan edilmişdir. 
Xocalıda ermənilərin törətdiyi vəhşilikləri dünyanın ən dəhşətli soyqırımlarından adlandıran Rafael Hüseynovun bu faciənin də əsas müəllifinin Ermənistanın dövlət rəhbəri olduğunu vurğulayıb.

 

AZƏRTAC

2 Oktyabr 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə