• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maliyyə böhranı ilə bağlı xəbərdarlıq

Maliyyə böhranı ilə bağlı xəbərdarlıq

İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni hökumətin iclasında maliyyə böhranı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Əgər Böyük Britaniya Avropa İttifaqını yekun saziş bağlamadan tərk etsə, ölkə maliyyə böhranı ilə üzləşə bilər. Bu fikri M. Karni səsləndirib. O deyib ki, Britaniya hökumətinin “Brexit” prosesindən sonra ciddi maliyyə problemləri yaranıb. Hökumət qısa zamanda bu problemlərin tənzimlənməsi yollarını tapmalıdır. Əgər məsələ tezliklə nizamlanmasa, ölkə maliyyə böhranı ilə üz-üzə qalacaq. 
Onun fikrincə, mümkün böhran 10 il əvvəlki vəziyyətlə oxşar olacaq. Yaxın 3 il ərzində ölkədə işsizlik səviyyəsi arta, mənzil bazarında 25-35 faiz ucuzlaşma baş verə bilər.
Qeyd edək ki, İngiltərə Mərkəzi Bankı ingilis funt-sterlinqinin uçot dərəcəsini 
0,75 faiz səviyyəsində saxlayıb. 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

14 2018 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin