Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnkişaf və tərəqqinin möhtəşəm təməli

Uzun müddədir ki, neft sahəsində çalşıram. İlk əmək fəaliyyətim Tümendə neft axtarışı ilə bağlı olub. Ali məktəbi bitirən kimi təyinatla Tümenə göndərildim. Bununla da neft sahəsində böyük təcrübə topladım. Tümendə neft axtarışının, “qara qızıl”ın çıxarılmasının nə qədər çətin olduğu hər kəsə bəllidir. Bu çətinliklərin hamısı arxada qalıb. Son 23 ildir ki, doğma Xəzərimizdə Neft Daşlarında çalışıram. Gəlin etiraf edək ki, Neft Daşlarında “qara qızıl” çıxarmaq heç də Tümendə olduğundan asan deyil. 

“Əsrin müqaviləsi”nin imzalanmasını çox yaxşı xatırlayıram. O zaman mən Tümendə çalışırdım. Bu müqavilə imzalananda düşündüm ki, Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilmsi üçün böyük zəmin yaranıb. O vaxt dövlət müstəqilliyimiz yenicə bərpa olunmuşdu. Ölkəmiz çox ağır vəziyyətdə idi. Müstəqilliyimizin ilk illərində respublikada baş alıb gedən anarxiya, özbaşınalıq bütün sahələri tənəzzüllə aparmışdı. İqtisadiyyatımız da məhv olmaq ərəfəsində idi. Təbii sərvətlərimizdən, xüsusilə neft-qazdan gələn gəlirlər müxtəlif şəxslərə xidmət edirdi. Dövlət idarəçiliyndəki pərakəndəlik və səriştəsizlik iqtisadiyyatımızı məhvə aparırdı. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyat tədricən öz axarına düşdü.
“Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Bu müqavilənin imzalanmasından sonra respublikamızın beynəlxalq əlaqələri genişləndirildi, mövqeyi möhkəmləndirildi. Bu tarixi sənəd Azərbaycanın dünya miqyasında tanınmasında böyük rol oynadı. 
Müqavilənin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açdı. Eyni zamanda, həmin sənəd müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın inkişafının əsasını təşkil etdi. Bundan sonra xarici şirkətlərin ölkəmizə əsaslı kapital qoyuluşuna inam, etibar yarandı. 
Möhtərəm Prezidentimiz İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdəki çıxışında da bu məsələni xüsusi vurğaladı. Dedi ki, “Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır: “Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir”. 
Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, bizim məqsədimiz neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdən ibarətdir. Biz bu gün bunun canlı şahidiyik. Ölkəmizin sürətli inkişafı, əhalinin həyat tərzinin getdikcə yaxşıaşması, regionların öz simasını dəyişməsi, beynəlxalq standartlara cavb verən iş yerlərinin yaradılması uğurlu neft siyasətinin nəticəsidir. 

 

Fəxrəddin MƏMMƏDOV,
“Neft Daşları” NQÇİ-də 3 saylı mədənin əməkdaşı

 

2 Oktyabr 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə