Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya raket sınağından narahatdır

Seulda Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda Koreya Xalq Demokratik Respublikasının (KXDR) dünən növbəti dəfə raket buraxılışı həyata keçirməsi ilə bağlı  narahatlıq ifadə olunub. 

Bildirilir ki, KXDR Vonşan şəhəri yaxınlığından şərq istiqamətində raket buraxılışı həyata keçirib. Şimali Koreyanın həyata keçirdiyi test su altından buraxılan ballistik raketin sınağı olub. “Pukguksong” adlı raket maksimum 910 kilometr yüksəklikdə 450 kilometr uçduqdan sonra dənizə düşüb.
ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığı da raket buraxılışı barədə məlumatlı olduğunu bildirib.
Xatırladaq ki, Şimali Koreya bundan əvvəl 2016-cı ilin avqustunda da su altından ballistik raketin buraxılışı sınağını keçirmişdi. “Pukguksong-1” adlı raket 500 kilometr uçmuşdu. Güman olunurdu ki, o vaxtdan bəri KXDR həmin raketin təkmilləşdirilməsi üzərində işini davam etdirərək uçuş məsafəsini 1300 kilometrə çatdırmağa çalışıb.
Məlumat üçün deyək ki, raket buraxılışı KXDR-in xarici işlər nazirinin müavini Çoe Son Huyun rəsmi Pxenyanın ABŞ ilə işçi qrupu səviyyəsində danışıqlara razılaşdığını bəyan etməsindən bir gün sonraya təsadüf edir.
 
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə