Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqtonda ənənəvi türk festivalı keçirilib

Vaşinqtonun mərkəzində yerləşən “Azadlıq” meydanında Türkiyə mədəniyyətinə həsr olunan festival keçirilib. Tədbir Amerika Türkiyə Assossiasiyası tərəfindən təşkil olunub. Məlumatı “Amerikanın səsi” yayıb. 

Qeyd edək ki, sözügedən festival artıq 17 ildir baş tutur. Hər il festivala təxminən 25 minə yaxın insan qatılır. Festivalın məqsədi amerikalıları türk mədəniyyətinin zənginlikləri ilə daha yaxından tanış etməkdir.
Bu məqsədlə meydanda qurulan səhnədə Türkiyənin xalq mahnıları səsləndirilib. Eyni zamanda, milli rəqslər nümayiş olunub.
Sənətçilər festivalda ölkələrini təmsil etmək üçün Türkiyənin müxtəlif şəhərlərindən Vaşinqtona gəliblər. Səhnədə çıxış edən musiqiçilər tamaşaçılara Türkiyənin incəsənət tarixi ilə bağlı maraqlı faktlar danışaraq, yerli sakinləri məlumatlandırmağa çalışıblar. Rəqqaslar ölkənin müxtəlif bölgələrinə aid rəqsləri ifa ediblər. Tədbirdə, həmçinin Azərbaycan rəqslərinə də yer verilib.
Bundan başqa, festivalda yüzlərlə stend qurulub. Bu stendlərdə Türkiyə ilə bağlı atributlar satışa çıxarılıb. Türkiyənin qapalı çarşısını xatırladan bazarda müxtəlif əl işləri, gümüş və mis qablar sərgilənib. Rəngarəng farfor qab-qacaq nümunələri xüsusilə diqqət çəkib. 
Yeri gəlmişkən, Vaşinqton və ətrafında yerləşən şəhərlərdə fəaliyyət göstərən türk restoranları, kafeləri və dükanları öz məhsullarını bu festivalda nümayiş etdirmək şansı qazanır. Ən böyük növbələr yemək stendlərinin önündə olur.
Tədbirin təşkilatçıları bildiriblər ki, türk festivalı bu il də əcnəbilərin Türkiyəni bir az daha yaxından tanımasına imkan yaradıb. Həm də, məmləkətindən uzaqda yaşayan türklərin bir araya gəlib mədəni irslərini birgə yad etməsinə yol açıb.

 

M.HACIXANLI, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə