Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“F-35”lər radarlara düşüb

BBC “News” Qərb KİV-nə istinadən bildirir ki, Almaniyanın “Hensoldt” şirkəti yeni nəsil radarları ilə “görünməz əfsanə” kimi təqdim edilən ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35” təyyarələrini 160 kilometr boyunca müşahidə edib.

Qeyd edək ki, Birləşmiş Ştatların müttəfiqləri ilə birgə proqram çərçivəsində hazırladığı 5-ci nəsil “F-35”  qırıcılarının radarlara düşməsinin mümkünsüz olduğu iddia edilirdi. Lakin “Hensoldt” şirkətinin açıqlamasından sonra “F-35”-lərin radara düşüb-düşməməsi haqqında mübahisəli məqamlar yaranmağa başlayıb. Lakin “Lockheed Martin” şirkətinin əməkdaşları bunun mümkünsüz olduğu ilə bağlı fikirlərini irəli sürüblər. 
Məlumat üçün deyək ki, “Hensoldt” şirkəti yeni nəsil radarlarını test etmək məqsədilə “F-35”-lərin Arizonada Luke hava bazasından Berlinə uçacağı 2018-ci il tarixini seçib. “TvInvis” radar sistemləri Berlin hava limanı yaxınlığında quraşdırılıb. Alman radarları “F-35”-lər Berlinə uçmazdan əvvəl aktivləşdirilib. Nəticədə radar sistemləri havada baş verən bütün hadisələri izləməyə başlayıb. “F-35”-lərin radarlara düşdüyünə əmin olduqdan sonra “Hensoldt” şirkətinin radarları qırıcı təyyarələri 160 kilometr boyunca müşahidə ediblər.
“Lockheed Martin” şirkətinin nümayəndəsi Mixail Friedman həmin vaxt  “F-35”-lərin sülh məqsədilə reflektor-səsli dinləmə ilə uçduğunu bəyan edib. O, bu tətbiqin məxfilik gətirməyən xidmətlər zamanı təyyarənin izlənməsinə səbəb olduğunu söyləyib.
“Hensoldt” şirkətinin mütəxəssisləri isə radarlarının passiv olması səbəbilə siqnal yaymadığını, bu səbəbdən də siqnal reflektor sisteminin açıq və ya qapalı olmasının bir əhəmiyyət daşımadığını bildiriblər. Şirkət rəsmiləri onu da əlavə edib ki, yeni nəsil radarların siqnalları havadakı hər hansı obyektə dəyib geri dönmə prinsipi ilə işləmir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə