Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti “oynayır”

Amerika Neft İnstitunun ABŞ-da neft ehtiyatlarının 5,9 milyon barel azalması xəbərindən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artdı və azaldı.
Londonun İCE Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti əvvəlcə 0,9 faiz artaraq bir bareli 59,42 dollar oldu. Sonradan isə 0,61 faiz ucuzlaşaraq, bir barreli 59,98 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın WTI markalı neftinin qiyməti əvvəlcə 1,36 faiz artaraq bir bareli 54,35 dollar oldu. Sonra isə 0,83 faiz azalaraq bir bareli 53,62 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti əvvəlcə 1,4 faiz artaraq bir barreli 61,30 dollar oldu, Lakin sonradan 0,9 faiz ucuzlaşaraq bir bareli 61, 90 dollar olub.
Ekspertlər bildiriblər ki, Vaşinqton ilə Pekinin ticarət müharibəsi dünya bazarında neftin qiymətinə istər-istəməz güclü təsir edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə