Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 16-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 26-31 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 20-25 , dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-18, gündüz 21-26, dağlarda gecə 11-14, gündüz 16-20 dərəcə isti olacaq. 

2 Oktyabr 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə