Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÇL-də ən çox qələbə qazanan futbolçu

ÇL-də ən çox qələbə qazanan futbolçu

Turinin “Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının (ÇL) matçlarında qələbələrin sayına görə birincidir. Onun turnir üzrə hesabında 102 qələbə var.
Ronaldu bu göstərici ilə İker Kasilyası (101 qələbə) keçib. Qeyd edək ki, çərşənbə axşamı ÇL-in qrup mərhələsinin ikinci turu çərçivəsində “Yuventus” öz meydanında Almaniyanın “Bayer Leverkuzen” klubuna 3:0 hesabı ilə qalib gəlib. “Yuventus”un qollarından birini 89-cu dəqiqədə Kriştianu Ronaldu vurub. Bununla  da o, Kasilyasın rekordunu yeniləyib.
Xəbəri “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

2 Oktyabr 2019 22:10 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə