Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti “oynayır”

Birjalarda neftin qiyməti “oynayır”

Amerika Neft İnstitunun ABŞ-da neft ehtiyatlarının 5,9 milyon barel azalması xəbərindən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artdı və azaldı.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti əvvəlcə 0,9 faiz artaraq bir bareli 59,42 dollar oldu. Sonradan isə 0,61 faiz ucuzlaşaraq bir bareli 59,98 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın “WTI” markalı neftinin qiyməti əvvəlcə 1,36 faiz artaraq bir bareli 54,35 dollar oldu. Sonra isə 0,83 faiz azalaraq bir bareli 53,62 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti əvvəlcə 1,4 faiz artaraq bir bareli 61,30 dollar oldu, Lakin sonradan 0,9 faiz ucuzlaşaraq bir bareli 61, 90 dollar olub.

Ekspertlər bildiriblər ki, Vaşinqton ilə Pekinin ticarət müharibəsi dünya bazarında neftin qiymətinə istər-istəməz güclü təsir edir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

2 Oktyabr 2019 16:26 - İQTİSADİYYAT
İQTİSADİYYAT
15 Oktyabr 2019 | 12:32
Neftin qiyməti ucuzlaşır

Köhnə versiyamızdan xəbərləri izlə