Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda Gənclərin II Forumu başa çatıb

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmazda Gənclərin II Forumu təşkil edilib.

Əvvəlcə forum iştirakçıları Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər. Daha sonra Nabrandakı “Təhsil” istirahət mərkəzində keçirilən forumda müxtəlif mövzularda məruzələr dinlənilib.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova forumun əhəmiyyətindən, ölkədə aparılan uğurlu gənclər siyasətindən danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirib. Qeyd edilib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasət gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Ölkə gəncləri cəmiyyətin  ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

Cəmilə Səttarova mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin  dövlət səviyyəsində layiqincə qeyd edilməsini təqdir edib və bu məqsədlə  Prezident İlham Əliyevin  “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını yüksək qiymətləndirib.  

Forumda Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək ölkəmizdə gənclər üçün hər cür şərait yaradıldığını, onların sosial vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin təbliğinin dövlətimizin diqqətində olduğunu bildiriblər.

Üç gün ərzində  Forumda bir çox  idman növlərində yarışaraq birincilik qazanan gənclərə hədiyyələr təqdim edilib, əyləncəli şou-proqram təşkil olunub.

Gənclər də öz növbəsində yüksək səviyyədə təşkil olunan tədbirə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasın sədri cənab Səttar Möhbalıyevə, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya, o cümlədən Forumda əziyyəti olan bütün əməkdaşlara  təşəkkürlərini bildiriblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Oktyabr 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə