Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Afinada etiraz aksiyası

Afinada etiraz aksiyası

Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı (Aİ) və NATO əleyhinə etiraz aksiyası keçirilib. Etirazçılar Yunanıstanda iqtisadi böhran zamanı Aİ-nin tələbi ilə dövlət xərclərinin azaldılmasını və vergilərin artırılmasını pisləyiblər. 
Qeyd edək ki, ölkədə bu yaxınlarda başa çatan 8 illik maliyyə yardımı proqramı çərçivəsində Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və BVF Yunanıstana 330 milyard dollar kredit ayırıb. Ölkə bu məbləği 2060-cı ilədək geri ödəməlidir.
Məlumatı “Euronews” yayıb.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

 

14 2018 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə