Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiyədək 100-dən çox istismarına icazə verilmiş bina üzrə on minlərlə çıxarış vətəndaşlara verilib

Bu vaxtadək 100-dən çox istismarına icazə verilmiş bina üzrə on minlərlə çıxarış vətəndaşlara təqdim olunub.

Bu  barədə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov bildirib ki, ölkə başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” müvafiq Fərmanının icrası çərçivəsində komitə tərəfindən mühüm işlər görülür, nəinki jurnalistlərin binasında, bütün digər istismarına icazə verilən binalarda səyyar qeydiyyat xidmətləri təşkil olunur: “Eyni zamanda, biz buradan vətəndaşlara, MTK-lara səslənirik ki, bu işlərdə daha fəal olsunlar, sənədlərini toplayıb komitəyə təqdim etsinlər ki, mənzillərinin çıxarışlarını əldə etsinlər”.

Q.Xəlilov qeyd edib ki, komitənin Əmlak Xidməti Məkanı həftənin bütün günləri fəaliyyət göstərir. Eyni zamanda, vətəndaşların rahatlığı üçün biz səyyar qeydiyyat xidmətləri “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları təşkil olunur: “Bu ildən etibarən vətəndaşlara çıxarışlar yalnız elektron qaydada təqdim olunur. Vətəndaşlardan ilkin sənədlər toplandıqdan sonra onların mobil telefonlarına çıxarışların hazır olduğu barədə “SMS” lər göndərilir. Bu çıxarış bütün iqtisadi əməliyyatlarda hüquqi qüvvəyə malikdir. İstənilən alqı-satqı, girov əməliyyatlarında elektron çıxarışdan istifadə olunur. Bu isə təkrar qeydiyyatı və qeydiyyat prosedurlarını tam olaraq avtomatlaşdırır. Bu günədək komitəyə 100-dən çox istismarına icazə verilmiş binadakı mənzillər üzrə sənədlər daxil olub və on minlərlə çıxarışlar hazırlanaraq vətəndaşlara təqdim edilib”, - deyə o əlavə edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

2 Oktyabr 2019 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə