Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaş kimi görür

Avstriyanın Dayanıqlı İnkişaf və Turizm Federal Nazirliyindən Trend-ə bildiriblər ki, Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaşı kimi görür.

Qeyd olunub ki, bərpa olunan enerji istehsalı uğurlu enerji keçidinin əsas nöqtəsidir: “Hazırda Avstriya ambisiyalı, amma real hədəfə çatmağa çalışır: 2030-cu ilədək 100 faizlik bərpa olunan enerjiyə keçmək. Biz digər ölkələrin təcrübələri ilə də maraqlanırıq”.

Nazirlikdən həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz kəmərinin tikintisi layihəsinin əhəmiyyətini vurğulayıblar: “Bu qaz-nəqliyyat infrastrukturu “Cənub Qaz Dəhlizi”nin Balkanlarda və Mərkəzi Avropada şaxələnməsi mərhələlərində istifadə oluna bilər”.

Bildirilib ki, Azərbaycan Avropa üçün mühüm enerji ehtiyatları tədarükçüsüdür və hazırda Avstriya ölkəmizlə bu sahədə müxtəlif səviyyələrdə yaxşı əməkdaşlıq edir.

2 Oktyabr 2019 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə