Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur

Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında deyib.

Vüsal Qasımlı bildirib ki, beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb: "Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2,1 dəfə, Qazaxıstandan 1,6 dəfə, Gürcüstan və Rusiyadan isə 1,4 dəfə yüksəkdir".

V.Qasımlı qeyd edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir: "Bu o deməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1,6 dəfə (Ermənistanda 960 beynəlxalq dollar), Gürcüstandan 1,1 dəfə (Gürcüstanda 1431 beynəlxalq dollar) çox olacaq.

Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3,7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1,3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1,1 dəfə çoxdur".

 

“Xalq qəzeti”

2 Oktyabr 2019 15:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə