Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı: Azərbaycandakı əməkdaşlıq layihələrinin təxminən 30 faizi təhsillə bağlıdır

Avropa İttifaqının maliyyələşdirdiyi və YUNİSEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Azərbaycanın müxtəlif qurumları ilə həyata keçirilən əməkdaşlıq layihələrinin təxminən 30 faizi məhz təhsillə bağlıdır.

Kestutis Yankauskas qeyd edib ki, bu layihə Avropa İttifaqının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi 6 layihədən biridir: "Hesab edirik ki, təhsil ən fundamental və vacib məsələdir. Bizim öhdəliyimiz odur ki, uşaqlara ən yaxşı təhsil verə bilək. Biz ən həssas qrupları müəyyən edirik. İcmalar və valideynlərlə danışıb onları bu işə cəlb edirik ki, layihələrimizi dəstəkləsinlər. Bir ildən sonra biz əminliklə deyə bilərik ki, təxminən 8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq. Onlar digər uşaqlar kimi sosiallaşacaqlar. Onlar məktəbdə daha yaxşı təhsil almağa hazırlaşırlar".

K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modellərini axtarır: "Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı uğurludur və problemləri birgə müəyyənləşdiririk. Avropa İttifaqı və Azərbaycan əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir".

 

“Xalq qəzeti”

2 Oktyabr 2019 14:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə