Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marionet Teatrı Xorvatiyada keçirilən Beynəlxalq Marionet Festivalında uğurla çıxış edib

Azərbaycan-Xorvatiya arasında mədəni əlaqələrinin möhkəmləndirilməsi məqsədilə "İçərişəhər" DTMQ İdarəsinin Marionet Teatrı 27 sentyabr-1 oktyabr 2019-cü il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən Beynəlxalq Marionet Festivalına qatılıb.            

“İçərişəhər" DTMQ  tərəfindən  verilən məlumata görə, Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyi və şəxsən fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun dəstəyi ilə təşkil edilən səfər çərçivəsində teatr  müxtəlif dövlətlərin Xorvatiyadakı səfirləri, rəsmi nümayəndələri qarşısında uğurla çıxış edib. Teatrın "Leyli və Məcnun" tamaşası xüsusi rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə yaradılan Marionet Teatrının  2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın yaradılmasında əsas məqsəd Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və qorunub saxlanmasıdır.

Teatrın truppası həmçinin Xorvatiyadakı teatrların direktorları, ssenaristləri və teatr xadimləri qarşısında çıxış edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Oktyabr 2019 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə