Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənddə Azərbaycan kinosu günləri...

Daşkənddə Azərbaycan kinosu günləri...

Milli Məclisinin deputatı Qənirə Paşayeva Özbəkistana səfəri çərçivəsində özbək xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısına gül qoymuşdur. Azərbaycandan gəlmiş nümayəndə heyəti “Mukimi adına Dövlət Musiqi teatrı”nda musiqi teatrıının rəhbərliyi ilə görüşmüşdür.  Q.Paşayeva Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına AMM-nin birgə təşkilatçılığı keçirilən “Daşkənddə Azərbaycan kinosu günləri”nin təntənəli açılış mərasimində iştirak etmişdir.

Açılış mərasimində Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmışdır. Q.Paşayevaya Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış etmişdir. O, qeyd etmişdir ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini səhnəyə qoymuşlar. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilmişdir. Müstəqillik əldə edildikdən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam etmişdir. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları ilə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib.

Mərasimdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov da çıxış etmişdir. O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı?” əsərini AMM-nin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirmişdir.

Q.Paşayeva qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçiriləcəyindən danışıb. O, “Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Oktyabr 2019 11:43 -

Köhnə versiyamızdan xəbərləri izlə