Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Abbasov Vaqif Məhərrəm oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Rüstəmov Musa İsmayıl oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2019-cu il

2 Oktyabr 2019 02:16 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə