• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İvanovkada Nikolay Nikitin anılmışdır

İvanovkada Nikolay Nikitin anılmışdır

Uzun illər təsərrüfata uğurla rəhbərlik etmiş Nikolay Nikitinin tikdirdiyi  İvanovka mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilib. İndiyədək əsaslı təmir olunmayıb, təchizatı yenilənməyib. İvanovkaya həmişə xüsusi qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət sarayının əsaslı təmiri, zəruri inventar və avadanlıqla təchizi üçün 2,5 milyon manat vəsait ayırmaq barədə Sərəncam imzalamışdır.

Ölkə rəhbərinin diqqəti və qayğısına həmişə minnətdarlıqla cavab verən İvanovka sakinləri bu tarixi hadisəyə həsr olunmuş təntənəli mitinq keçiriblər. Mədəniyyət sarayı qarşısındakı tədbiri İvanovka İƏD üzrə nümayəndə İvan Prokofyev açıb. Kolxozun sədri Vasili Novoseltsev, tam orta məktəbin direktoru Polina Radayeva, mədəniyyət sarayının direktoru Natalya Kolpakova  çıxış edib, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məktəbin direktoru qeyd edib ki, Prezident İlham Əliyev 2005-ci ildə İvanovkaya səfər edərkən demişdi: “Əvvəl sizin qarantınız Heydər Əliyev  idi, indi mən sizin qarantınızam”. Bunu biz əyani surətdə görürük. Məktəbimiz, ardınca 15 yerlik müasir xəstəxana tikilib, içməli suyumuz və asfalt yolumuz çəkilib. Çoxdan arzusunda olduğumuz mədəniyyət sarayının təmiri və təchizatı üçün vəsait ayrılıb. Bütün bunlara görə İvanovka sakinləri adından cənab Prezident İlham Əliyevə hədsiz minnətdarlığımızı, hörmət və ehtiramımızı bildiririk.

Kolxozun müşahidə şurasının sədri Olqa Jabina Prezidentə ünvanlanan müraciəti oxuyub.

“Slavyanoçka” folklor qrupu Azərbaycana, İvanovkaya həsr olunmuş mahnılar ifa edib.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2018 17:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin