• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təqsirkarlara qarşı protokollar  tərtib edilərək ümumilikdə  40441 manat məbləğində cərimə tətbiq olunub.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

14 2018 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin