Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peru prezidenti ölkə parlamentinin buraxıldığını elan edib

Peru prezidenti ölkə parlamentinin buraxıldığını elan edib

Peru prezidenti Martin Viskarra Konqresin buraxılmasını elan edib.

Dövlət başçısının çıxışı Facebook-da yayımlanıb. M.Viskarra deyib: "Konstitusiyaya uyğun olaraq Konqresin buraxılması və seçkiləri keçirilməsi qərarına gəldim".

Prezindent əlavə edib ki, bu təcili tədbir vətəndaşlara nəhayət öz mövqelərini bildirməyə, seçkilərdə və səsvermədə iştirak etməklə ölkənin gələcəyini müəyyən etməyə imkan verəcəkdir.

Andina agentliyi xəbər verir ki, parlamentin buraxılmasından sonra prezident Nazirlər Şurasına yeni sədr təyin edib. Yeni sədr ədliyyə naziri və Visente Sebalosdur.

Parlament sədri Pedro Olaeçea isə Konqresin prezidenti 86 səslə hakimiyyətdən uzaqlaşdırdığını və vitse-prezident Mersedes Araosun prezidentin səlahiyyətlərini icra edən şəxs kimi Konqresdə and içdiyini bəyan etmişdir.

 

“Xalq qəzeti”

1 Oktyabr 2019 15:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə