Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əhmədov: Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır, YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik

Əli Əhmədov: Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır, YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirib.

Ə.Əhmədov qeyd edib ki, o şey ki, icazəsizdir, onu etmək olmaz. Onlara Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb: “Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq üçün ən yaxşı yer stadiondur. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik”.

 

“Xalq qəzeti”

1 Oktyabr 2019 15:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə