• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuğ Teatrı mövsümə “Sonuncu” ilə başlayacaq

Yuğ Teatrı mövsümə “Sonuncu” ilə başlayacaq

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü 22 sentyabr saat 19.00-da açacaq. Teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq. Bu barədə teatrın mətbuat xidmətindən bildirilib. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Sentyabr ayında YUĞ Dövlət Teatrında ümumilikdə 5 tamaşa nümayiş olunacaq. Teatr sentyabın 23-də “Fəna” (O.Fikrətoğlu), 28-də “Medeya.Sekvensiya-01” (V.Klim), 29-da “Təklif. Elçilik” (A.P.Çexov), 30-da “Quş dili” (T.Vahid) tamaşaları ilə tamaşaçıların görüşünə gələcək.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

14 2018 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin