• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AAYDA: Lerik-Piran-Hamarat yolunda təmir işləri davam edir

AAYDA:  Lerik-Piran-Hamarat yolunda təmir işləri davam edir

Ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Lerik rayonunu Piran-Hamarat avtomobil yolu ilə bağlı yayılmış qərəzli və dəqiqləşdirilməmiş məlumatlara  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi münasibət bildirib. AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsi KİV-ə açıqlamasında bildirib ki, həmin yolda təmir-tikinti işləri hələ bitməyib davam edir, yola müvəqqəti orta xətt çəkilib. Üstəlik  kadrlarda göstərilən asfalt örtüyün ilk layıdır. Hazırda yol boyu 2-ci lay asfaltın döşənməsi işləri aparılır və bu işlər yekunlaşmaq üzrədir,

“Yolun bir neçə ərazisində, yolun kənarlarında müəyyən problemlər yaranıb və həmin ərazilər yenidən düzəldilib. Bu isə tikinti zamanı normal hal hesab olunur. 2-ci lay - hamarlayıcı layın döşənməsi ilə göstərilən "problem" tam olaraq aradan qaldırılmış olacaq, kadrlardan da göründüyü kimi yolun kənarları(çiyin hissələr) tam hazır deyil. 2-ci lay asfalt örtük döşənəndən sonra həmin çiyin hissələr də bərkidiləcək.”-deyə bildirilib.

 

Əfsdanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

14 2018 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin