• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP: Şərqi Makedoniya-Trakya bölgəsində torpaq örtüyünün 98 faizi bərpa olunub

TAP: Şərqi Makedoniya-Trakya bölgəsində torpaq örtüyünün 98 faizi bərpa olunub

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin Yunanıstan marşrutu üzrə Şərqi Makedoniya-Trakya bölgəsində torpaq örtüyünün 98 faizi əvvəlki vəziyyətinə gətirilib.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, bölgədə TAP-ın keçdiyi 3150-dən çox parsel üzrə torpaq örtüyü bərpa olunaraq öz sahibləri və istifadəçilərinə qaytarılıb.

TAP tərəfindən aparılan bərpa işləri xüsusi təlim keçmiş tikinti qrupları tərəfindən görülüb və beynəlxalq standartlara uyğun icra edilib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77,7 faizi çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Bu kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
 

14 2018 15:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin