• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azerspace-2" sentyabrın 25-dən 26-na keçən gecə orbitə çıxarılacaq

Azərbaycanın ikinci geostasionar peyki “Azerspace-2” sentyabrın 25-dən 26-na keçən gecə orbitə çıxarılacaq.

Bu barədə Fransanın “Arianespace” şirkəti məlumat yayıb.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

14 2018 15:05 -

Ən son xəbərləri səhifəmizdən də izləyin