• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 14 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN sözçüsü: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

XİN sözçüsü: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

Bunu Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir: “Şant 2018” hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkənin parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi Ermənistanın münaqişə tərəfi olmasının növbəti və açıq göstəricisidir".

XİN sözçüsü qeyd edib ki,  Ermənistan rəhbərliyi öz əməlləri ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı iddiasının cəfəngiyyatdan başqa bir şey olmadığını sübut edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2018 14:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Noyabr 2018 | 11:28
Uğurun açarı – Özgüvən

Ən son xəbərləri səhifəmizdən də izləyin