• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

''Bir ölüb, min dirilərik''

''Bir ölüb, min dirilərik''

Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır

''Bir ölüb, min dirilərik''. Bir tərəfə Türkiyə bayrağı, digər tərəfə Azərbaycan bayrağı, ortaya isə Azərbaycanın milli qəhramını Mübariz İbrahimovun şəkli çəkilib. Milli.Az bildirir ki, bu görüntülər Türkiyənin Trabzon şəhərində azərbaycanlı sürücülərdən biri tərəfindən çəkilib.

Milli qəhramanımızın şəklini yük maşınlarına vuran Türkiyəli iş adamı Abdullah Özər əvvəllər maşınlara Türkiyədə terrorla mübarizədə şəhid olan əsgərlərin şəkillərini yapışdırıb. Sonradan Azərbaycana gələn Abdullah Özər burada Mübariz İbrahimov haqqında eşidib. Və qərara gəlib ki,onun şəkillərini də yapışdırsın.

Abdullah Özər deyir ki, bu addımı , həm Azərbaycanda , həm Türkiyədə çox böyük sevgiylə qarşılanıb.Maşınları görən insanlar videolar çəkib paylaşırlar. Ancaq Türkiyə-Gürcüstan sərhəddində erməni əsilli məmurlar sürücülərə müəyyən problemlər yaratmağa çalışıblar.

Abdullah Özər ölkəmizə gələrkən şəhidlərin məzarlarını da ziyarət edib.

Türkiyəli iş adamı şəhidlər ölməz deyir. Yaşatmaq üçün isə onları bu yolla unutdurmamağa çalışır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2018 12:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin