Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı məktəbli Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala çıxıb

Azərbaycanlı məktəbli  Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala çıxıb

Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala vəsiqə qazanıb.Bu barədə modern.az saytı məlumat yayıb.

İngilis dilində keçirilən yarışmada ölkəmizi ilk dəfə olaraq Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva təmsil edib.

O, dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.

Barselonada baş tutmuş yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və fərdi olaraq müxtəlif mövzularda debatlar edərək, bir-birləri ilə mübarizə aparıblar.

Artıq 4-ü qızıl, 3-ü gümüş olmaqla ümumilikdə 7 medalla vətənimizi layiqincə təmsil edən  Nərgiz Quliyeva Amerikada dünyanın ən nüfuzlu “Yale”də universitetində keçiriləcək final mərhələsinə qatılacaq. O, burada həm yarışacaq, həm də universitetin tələbə heyəti ilə bərabər dərslərə qatılaraq, professor heyətinin mühazirələrini dinləyəcək.

Qeyd edək ki, Nərgiz Quliyeva bu il yanvarın 25-də Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Amerika, Kanada, Fransa, Türkiyə, İsrail, Almaniya və s. kimi dünyanın ən öncül 60-a yaxın dövlətlərindən on minlərlə şagird müsabiqəyə qatılsalar da, yalnız ən bilikliləri yarımfinalda iştirak etmək hüququ qazanır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

3 2018 11:56 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə