Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 419 Bakı şəhəri, 25 sentyabr 2019-cu il
 
“Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”ın təsdiq edilməsi barədə
 
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 
 

Məmmədov                  

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 25 sentyabr

tarixli 419 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Standartlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Standartlar özəl və bələdiyyəreabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin reabilitasiyasını özündə ehtiva etməklə, reabilitasiya tədbirlərinin əsas növlərini və qısa məzmununu müəyyən edir.

1.3. Əlilliyi olan şəxslərin reabilitasiyası əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası tədbirləridir.

1.4. Özəl və bələdiyyə reabilitasiya subyektləri özəl və bələdiyyə mülkiyyətində olan və bu Standartların 1.3-cü bəndində göstərilən tədbirlər sisteminin bir və ya bir neçəsinin həyata keçirilməsini təmin edən reabilitasiya müəssisələridir.

1.5. Əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılmalıdır.

1.6.  Əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsi minimal vaxtda maksimal effektin əldə edilməsinə yönəldilməlidir. 

1.7. Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər kompleks şəkildə, müxtəlifprofilli mütəxəssislərin iştirakı ilə bu Standartların 1.9-cu bəndində qeyd olunan mərhələlərlə aparılmalıdır.

1.8. Əlilliyi olan şəxslərin reabilitasiyası ardıcıl və davamlı olaraq həyata keçirilməli, əlilliyi olan şəxsin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasına hədəflənməlidir.

1.9. Bu Standartların 2-ci hissəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər sisteminin hər mərhələsi və növləri konkret nəticənin əldə olunmasına yönəldilməlidir. Həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi özəl və reabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin özü və (və ya) onun qanuni nümayəndəsi ilə şəxsən müzakirə olunmalı və razılaşdırılmalıdır.

1.10. Həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi  aşağıdakı mərhələləri özündə əks etdirir:

1.10.1. əlilliyi olan şəxsin müayinəsi;

1.10.2. ilkin qiymətləndirmənin aparılması;

1.10.3. reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi;

1.10.4. fərdi reabilitasiya proqramının hazırlanması;

1.10.5. reabilitasiyanın aparılması;

1.10.6. reabilitasiyanın gedişatına nəzarət edilməsi;

1.10.7. reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi.

 

  1.  Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər sistemi

 

2.1. Əlilliyi olan şəxslərin reabilitasiyası təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:

2.1.1. tibbi reabilitasiya;

2.1.2. peşə-əmək reabilitasiyası;

2.1.3. sosial bacarıqların inkişafı; 

2.1.4. psixoloji-pedaqoji reabilitasiya.

2.2. Tibbi reabilitasiya  orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemidir.

2.3. Əlilliyi olan şəxslərin tibbi reabilitasiyası aşağıdakı tədbirlərdən ibarətdir:

2.3.1. bərpa müalicəsi;

2.3.2. rekonstruktiv cərrahiyyə;

2.3.3. protezləşmə;

2.3.4. ortezləşmə;

2.3.5. sanatoriya-kurort müalicəsi;

2.3.6. psixoterapiya;

2.3.7. loqopediya;

2.3.8. əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin edilməsi;

2.3.9. əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması;

2.3.10. tibbi reabilitasiya tədbirlərinin səmərəliliyinin qiymət-ləndirilməsi.  

2.4. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulan peşə-əmək reabilita-siyası əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir. Peşə-əmək reabilitasiyasının əsas məqsədi əlilliyi olan şəxsin məşğulluğunun təmin edilməsindən və onun əmək bazarına inteqrasiyasından ibarətdir.

2.5. Peşə-əmək reabilitasiyası aşağıdakı tədbirlərdən ibarətdir:

2.5.1. peşə yönümü;

2.5.2. peşə təhsili və təlimi, ixtisas artırılması;

2.5.3. məşğulluğun təmin edilməsi;

2.5.4. iş yerinin və iş şəraitinin ağlabatan uyğunlaşdırılması;

2.5.5. əlilliyi olan şəxsin iş şəratinə adaptasiyası.

2.6. Sosial bacarıqların inkişafı üzrə tədbirlər sisteminə əlilliyi olan şəxslər tərəfindən sosial vərdişlərin mənimsənilməsi, onlara digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılması tədbirləri daxildir. Sosial bacarıqların inkişafı tədbirlərinin əsas məqsədi əlilliyi olan şəxsə cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılmasını və sosial vərdişlərin mənimsənilməsini təmin etməkdən ibarətdir.

2.7. Sosial bacarıqların inkişafı üzrə tədbirlər sistemi aşağıdakı sahələri əhatə edir:

2.7.1. sosial mühit;

2.7.2. sosial-pedaqoji;

2.7.3. sosial-psixoloji;

2.7.4. sosial-mədəni;

2.7.5. sosial idman;

2.7.6. sosial-məişət;

2.7.7. sosial məlumat;

2.7.8. sosial-texniki;

2.7.9. sosial hüquq.

2.8. Psixoloji-pedaqoji reabilitasiya əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemidir.

2.9. Psixoloji-pedaqoji reabilitasiya aşağıdakı tədbirlərdən ibarətdir:

2.9.1. şəxsin digərləri ilə bərabər təhsil almaq imkanlarının artırılması;

2.9.2. psixo-pedaqoji korreksiya; 

2.9.3. fərdi təhsil proqramları üzrə məşğələlər.

 

3. Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün tələblər

 

3.1. Özəl və bələdiyyə reabilitasiya subyektləri reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və kommunal şəraiti olan binada yerləşdirilməlidir.           

3.2. Özəl və bələdiyyə reabilitasiya subyektlərində çalışan mütəxəssislər çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.         

3.3. Özəl və bələdiyyə reabilitasiya subyektləri öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, həmçinin bu Standartları rəhbər tuturlar.                       

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə