Ən son xəbərlər
Cənubi Koreyanın “Hyundai” şirkəti yeni avtomobil istehsal edib. Yeni model Frankfurtda təşkil olunan beynəlxalq avtosərgidə nümayiş etdirilib. “Hyundai i30 N Project C” modeli “Project C” adlı xüsusi seriyadan olan hetçbekdir. Bildirilir ki, avtomobil 600 nüsxə tirajla buraxılacaq. Yeni model 275 at gücünə malik mühərrik və 6-pilləli sürət qutusu ilə təchiz edilib. Avtomobil 6 saniyəyə 100 kilometr sürət toplayır, onun maksimal sürəti isə saatda 250 kilometrdir.
Məlumatı “AutoCar” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə