Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilir

Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilir

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773)  üçüncü nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisində 280 hektar sahədə müşahidə aparılıb və 40 hektar sahədə sirayətlənmə aşkar edilib. Sentyabrın 12-dən isə Vilvan, Cil və Veravol kəndləri əhatə olunmaqla, ümumilikdə 16 hektar sahədə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Büdcə vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Diflobezron tərkibli Xetenazon  preparatından (100 qr/1 ha) istifadə olunub. Müşahidə və mübarizə tədbirlərinin sentyabr ayının ikinci ongünlüyünə qədər davam etdiriləcəyi proqnozlaşdırılır.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi  ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə  vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

14 2018 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Dekabr 2018 | 11:52
Hava proqnozu
12 Dekabr 2018 | 11:51
Uğurlu sınaq
12 Dekabr 2018 | 11:51
İşçi qıtlığı yaranıb
12 Dekabr 2018 | 11:50
“İnstaqram”da yeni funksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin