• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bradzot xəstəliyinə qarşı sağlam heyvanlar peyvənd edilməlidir

Bradzot xəstəliyinə qarşı  sağlam heyvanlar peyvənd edilməlidir

Bradzot (bradzot)-itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xətəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri  insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya  və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlar enterotoksemiya, bradzot, yaman keyfiyyətli şiş, camışlar osteomielit və s. səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

14 2018 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin